Novruz – müsəlmanların yeni ili

Novruz 010908

Novruz - müsəlmanların yeni ili 21 martda qeyd edilir. Bu gün təsadüfən seçilməyib. 21 mart gecəylə gündüzün bərabərləşdiyi gündür, bu da təbiətin oyanışı, həyatın yeni başlanğıcı ilə xarakterizə olunur.
Adətən bu və bundan sonrakı gün insanlar stol açır, sevinir, qonaqlar qəbul edir və dostlarıyla görüşür. 21 mart axşamı yaxşı şeylər haqqında danışır, bir-birlərinə xöşbəxtlik, sevgi, saölamlıq, arzularının gərçək olmasını arzulayır. Bu bayramda cavanlar arzu tutur, sonra küçəyə qulaq falına çıxırlar. Hər hansı qapıya yaxınlaşırlar və həmin vaxtı eşitdikləri söz arzuları haqqında qabaqcadan xəbər verir. Əgər xoş söz eşidirlərsə arzuları gərçəkləşəcək, pis xəbər və ya söz eşidirlərsə arzuları gərçəkləşməyək deməkdir. 21 martda və qabaqkı günlərdə planetimiz maqnit enerjisi yaymağa başlayır, bu da insanların arzularını gerçəkləşməsinə kömək edir. Məhz buna görə həmin günlərdə yaxşı şeylər haqqında danışmaq və düşünmək lazımdır. Novruz bayramı ərəfəsində cavanlar tanımadıqları evlərin qapısına papaq atırlar, qapını döyürlər və sonra gizlənirlər. Bu evdə yaşayanlar papağı konfet və başqa hədiyyələrlə
doldurmalıdır.
Novruz ərəfəsində insanların ocağın üstündən tullanması, xristian milli və dini bayramlarında olduğu kimi
səməni cücərtməsi və yumurta boyaması mənə çox maraqlıdır. Mən insanlardan soruşanda bu ənənələr nə mənanı verir, onlar cavabında: “Heç nə” demişdilər. 21 martdan başqa azərbaycanlılar Yeni il və 31 dekabrı da qeyd edirlər, stol bəzəyirlər, yolka qururlar,
qonaq gedir və qonaq qəbul edirlər.

Author

Gayane Astoyan

Representator

Gyokchek Mammedov

Sunday the 16th. . BigCommerce Reviews - All rights reserved.