Əsli Kərəm

Kerem ile Aslı3“Əsli Kərəm” ermeni və azərbaycanlı gənclərin tarixi sevgi faciəsidir. Bu əhvalat əsrlərdən bəri ağızdan ağıza keçmiş və əfsanəyə çevrilmişdir. Əhvalatın qəhrəmanlarının əsl adları Mariya və Mahmuddur. Maraqlıdır ki, əhvalatı danışanlar qəhrəmanların adını dəyişdirmiş və yeni adlar vermişlər – Əsli və Kərəm. Əsli-Mariya keşişin qızı idi, Kərəm-Mahmud varlı azərbaycanlı xanın oğlu idi. Bir gun təsadüfən onlar rastlaşırlar və bir – birlərinə vurulurlar. Sevgi həyatımızın bir hədiyyəsidir, bu onları da xöşbəxt edir. Bir gun gecə Əsli ailəsinin təkidilə onlarla birgə şəhəri tərk edir. Səhəri gün Kərəm dəli kimi Əslini axtarmağa başlayır. Deyirlər ki uzun illər Kərəm dağları və dərələri, şəhərləri və qəsəbələri gəzərək əlində sazla insanlardan, ağaclardan və kollardan Əslini soruşur. O vaxtdan bəri insanlar Kərəmin Əslisi adlandırırlar, Əsli həyatın ən əhəmiyyətli varlığı deməkdir. (Azərbaycan dilində Əsli böyük əhəmiyyət kəsb edən deməkdir.)
Əfsanənin sonu müxtəlif danışılır.

Sui-qəsd

Versiyalardan birində, Kərəm nəhayət ki Əslini tapa bilir. Əslinin atası qızını Kərəmlə evlənməsinə razılıq verir. Əslinin atasından başqa hamı isə bu əlaqəyə qarşı çıxırlar.Əslinin atası ilə birgə cadu edirlər, nəticədə Əsli və Kərəm sui – qəsd edirlər.

“Yanan” sevgi-Yanıq Kərəm

Başqa bir versiyada Kərəm Əslini nə də etsə tapa bilmir. Sevginin alovu onu “yandırır”. Kərəm külə çevrilir. Əsli bunu biləndə Kərəmin küldən olan qalıqlarının yanına gəlir.O 40 gün gecə və gündüz ağlayır. Bir gün qərara gəlir ki, külü saçı ilə yığmaq qərarına gəlir, külün birində “sevgi qığılcımı” qaldığı üçün Əslinin saçlarını yandırır. Əsli yanır və külə çevrilir.


Xöşbəxt sonluq
Bu qədər versiyalara baxmayaraq əhvalatın bizə gəlib çatmasına inanmaq çətindir. Versiyaların arasında xöşbəxt sonluqlu olanını da tapmaq mümkündür -  Əsli və Kərəm nəhayət ki bir-birlərini tapırlar və uzun və xöşbəxt yaşayırlar. Ancaq faciəvi sonluq hekayəni əbədiləşdirilməsinə zəmin yaradıb.
Aşiq Namiq Əsli və Kərəm haqqında mahnı oxuyub.


Author

Ashot Mirzoyan, Gayane Astoyan

Representator

Gyokchek Mammedova

Monday the 21st. . BigCommerce Reviews - All rights reserved.