Kraliça Tamara və Məzarı Tekalidə

IMG 9 133Kraliça Tamarın 9 məzarının sirri hələ də açıqlanmayıb.Əfsanəyə görə kraliça Tamara öz doğmalarından xahiş etmişdir ki, onun ölümündən sonra 9 tabut düzəltsinlər, onu cəvahirat və qızılla doldursun və onu doqquz müxtəlif məzara qoysunlar, cəsədini yalnız birində yerləşdirsinlər. Onun belə eləməsinin səbəbi cəsədini gizlətmək idi. Çünki o qorxurdu ki, düşmənləri onun ruhuna heç vaxt rahatlıq verməmək üçün cəsədini qarət etsinlər və soysunlar.
Bu tarixin reallıqla heç bir əlaqəsi yoxdur, ancaq Gürcüstanda həmin vaxtlarda qızıl və cəvahiratları aktiv şəkildə axtarmağa başlamışdılar.
Tekalidə bizim olduğumuz zaman sakinlərdən biri 15 il əvvəl tapılmış xarabalığı göstərmişdi. Bu yerə basdırılmış xaçformalı tikili idi. Arxeloqlar bildirmişdilər ki, bu kraliça Tamarın yalan məzarlarından biri idi. Ordan çoxlu zinət əşyaları və qablar tapılır, kraliçanın cəsədi orda olmur. Deyəsən bu tapıntı əfsanənin doğruluğunu göstərir.  


Bu birinci hadisə deyildi, nə vaxtsa da bizim qrupumuz kraliça Tamarın yalançı türbələri ilə qarşı qarşıya gəliblər. Biz Qelati və Xvamlidə də qarşılaşmışıq.
Biz ümid edirik ki, gələn dəfə bizim növbəti eskpedisiyamız bizə uğur gətirəcək və biz gizli sərvəti başqaları tapmadan öncə tapacağıq. Varlı olmaq istəyirsiniz? Onda bizim eskpedisiyamıza qoşulun 

Author

Gayane Astoyan

Sunday the 16th. . BigCommerce Reviews - All rights reserved.