Limonla çay

tea with lemon1Siz nə vaxtsa təxmin etmisiniz ki, limonla çay içmək hər hansı bir əfsanəylə bağlıdır?
Kim bu əfsanəyə inanırsa heç vaxt çayını limonla içməyi imtina etmir. Niyə? Vicdan əzabından qaçmaq üçün.
Əfsanədə bağban və paşa qızının sevgisindən danışılır. Paşanın qızı və bağban bir-birlərinə vurulurlar, bir gün, (adətən bu həmişə belə olur) bu onlar üçün problem olur. Paşa çox qəddar adam idi və onların izdivacına heç cür razılıq vermirdi. Başqa əfsanələrdə olduğu kimi sevgililər qaçmağa qərar verdilər. Ancaq bu onlarda alınmadı. Paşa bağbanı cəzalandırmaq üçün onu qaynar suyla dolu qazançaya atmağı əmr edir. Paşanın qızı sevgilisindən ayrılmaq istəmir və qaynayan suya atılır. Qızın bu hərəkətindən və sevgisindən heyrətlənən adamlar onu sevgilisinin yanında dəfn edirlər. Bir az keçdikdən sonra bağbanın qəbri üstündə çay, qızın qəbri üstündə isə limon ağacı yetişir.
O vaxtdan bəri adamlar sevginin ayrılmazlığı simvolu olaraq çayı limonla içirlər.



Author

Gayane Astoyan

Representator

Gokchek Mammedova

Saturday the 23rd. . BigCommerce Reviews - All rights reserved.