Mənim Yoxsa Bizim?

IMG 9 55Bir gün yaşlı bir hollandla söhbət zamanı mən Qafqazda qonşularla isti və dost münasibətindən, şad və qəm günlərdə bir-birlərinə etdiyi köməkdən danışdım. O, gülümsədi və dedi: “Bizdə də müharibədən qabaq belə idi...Təəssuf ki, indi belə deyil”. Şad və qəmgin günlərini birlikdə keçirmək Qafqazda adi həyat tərzidir. Qafqazlilar Sovetdən qabaq, Sovet vaxtı və hal hazırda da bax belə yaşayırlar. Maraqlıdır ki, bazar iqtisadiyyatı burda insanları çox az dəyişmişdir.
Tekalidə olduğumuz zaman Sayarə nənəylə tanış olduq, o, aşpaz idi və toy məclislərinə onu dəvət edirdilər. O, işini böyük məmmuniyyətlə və pulsuz edirdi, kənddə yeməkləri bişirmək üçün məhz onun bişirdiyi yeməkləri bəyəndiklərinə görə o, bununla fəxr edirdi.  
Lakin demək olmaz ki, hollandlar belə düşüncə ile tanış deyillər, onlara ancaq  şəxsi mənfəəti önəmlidir. Mən orda olanda görmüşdüm ki, bir evin sakini velosipedləri rahat şəkildə saxlamaq üçün dayanacaq  düzəltmişdir və bu evin yaxınlığındakı bütün sakinlər bundan istifadə edə bilirdilər.
Başqalarına kömək etməklə biz öz dünyamızı da daha yaxşı edirik. Ətraf yaxşı olduğu zaman bizim üçün də yaxşı olur. Başqalarına kömək etməklə özümüzə kömək etmiş oluruq.



 

Author

Armen Vardanyan



 


Once talking to an old Dutchman, I told him about our warm and friendly relations with our neighbors in the Caucasus, where people living in the neighborhood help each other, share both joy and sorrow. He smiled with a nostalgia in his eyes and said, " So were we with our neighbors during the post war period  ... Pity, it is gone."
Sunday the 16th. . BigCommerce Reviews - All rights reserved.